Şəkidə 2 qardaş eyni anda oyundan kənarlaşdırılıb

Xəbərlər
1 Fevral 2025 15:47
90
Şəkidə 2 qardaş eyni anda oyundan kənarlaşdırılıb

Dünya basketbolu tarixində nadir hadisələrdən biri Şəkidə yaşanıb.

İdman.biz xəbər verir ki, ABL-in XIII turu çərçivəsində keçirilən "Şəki" - "Sumqayıt" oyununda hər iki komandada oynayan Donat qardaşları 4-cü periodda 5-ci faul alaraq meydanı erkən tərk edib.

Onların hər ikisi eyni anda faul alaraq oyundan kənarlaşdırılıb.

İdman.biz