Buker "Finiks Sanz"ın tarixinə düşüb

Xəbərlər
4 Fevral 2025 18:38
48
Buker "Finiks Sanz"ın tarixinə düşüb

Devin Buker "Finiks Sanz"ın tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, klub tarixində ən çox xal toplayan basketbolçu olub.

Hücumameylli müdafiəçi tarixi uğura "Portlend Treyl Bleyzers"lə görüşdə imza atıb. 34 xal toplayan Buker 15678 xalla Uolter Devisi arxada qoyub. O, bu həddə 642 görüşdə nail olub. Devis isə 766 matça 15666 xala sahib olub.

Qeyd edək ki, 30 yaşlı Buker 2015-ci ildən "Finiks"in şərəfini qoruyur. O, ABŞ yığmasının heyətində Tokio-2020 və Paris-2024 Olimpiadalarının qızıl medalını qazanıb.

İdman.biz