Luka Donçiç Los-Ancelesdə təqdim olunub

Xəbərlər
4 Fevral 2025 22:13
36
Luka Donçiç Los-Ancelesdə təqdim olunub

Luka Donçiç "Los-Anceles Leykers"in basketbolçusu kimi təqdimatı keçirilib.

İdman.biz xəbər verir ki, sloveniyalı basketbolçu yeni komandasında da 77 nömrəli formada meydana çıxacaq.

İki gün əvvəl NBA-nın son illərdəki ən səs-küylü dəyişikliyi reallaşıb. "Dallas Maveriks"də çıxış edən Luka Donçiç "Los-Anceles"ə, Entoni Devis isə əks tərəfə yollanıb.

Qeyd edək ki, 25 yaşlı basketbolçu 2018-ci ildən "Dallas"da çıxış edirdi.

İdman.biz