"Mövsümün ortasında komandada olan dəyişikliklər bizə əlavə güc verdi”.
İdman.biz xəbər verir ki, bunu NTD-nin basketbolçusu Əkbər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Komandasının kapitanı bildirib ki, yeni transferlər sayəsində çox gücləniblər: “Onlar komandaya tam uyğunlaşıblar. Artıq hamı meydana niyə çıxdığını və necə oynayacağını yaxşı bilir. Bir-birimizi yaxşı başa düşürük. Hər şey hələ ki planladığımız kimi gedir. Dəyişikliklərin məqsədi də məhz bu idi”.
Məmmədov Basketbol Liqasının XIV turuna hazırlıqdan da danışıb: “Qarşıda bizi "Sabah"a qarşı çətin bir oyun gözləyir. Onlara qarşı iki uğursuz oyun keçirmişik, amma bu dəfə hər şey fərqli olmalıdır. İnanıram ki, bu dəfə onlara qarşı öz oyunumuzu göstərə biləcəyik. NTD klubunun "Sabah"ı məğlub etməyə kifayət qədər gücü var. Bu bizim üçün çox vacib görüşdür. Məşqlərdə var gücümüzlə çalışırıq. Liqada artıq 4 qələbə qazanmışıq və qarşıdakı turlarda qalib gələ bilsək, ilk “üçlüy”ə daxil ola bilərik, çünki rəqiblərdən çox geri qalmırıq. “Üçlüy”ə düşüb pley-offa birbaşa yüksələcəyimizə inanıram".
Qeyd edək ki, “Sabah”- NTD qarşılaşması fevralın 7-də “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.
İdman.biz