“Neftçi” ilə oyuna baş məşqçisiz çıxacaqlar

Xəbərlər
5 Fevral 2025 17:35
43
“Neftçi” ilə oyuna baş məşqçisiz çıxacaqlar

“Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq”.

İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XIV turunda “Neftçi” ilə oyun öncəsi fikirlərini açıqlayıb: “Rəqibə iki, biz 3 oyun uduzmuşuq. Amma yaxşı oynadığımızı düşünürəm. “Naxçıvan”la son oyunda Milenko Velikoviçin zədəli olmasına baxmayaraq inamlı çıxış etmişdik. Onların oyun tərzinə görə hazırlaşmışıq. Həqiqətən sabah meydanda döyüşən bir “Sərhədçi” olacaq. Təəssüf ki, Kris Martinin zədəsi var və ondan çox istifadə edə bilməyəcəyik. Amma yeni oyunçumuz Cimmi Nikolsdan yararlanacağıq. Düşünürəm ki, sabah özümüzü göstərməyi bacaracağıq. Məğlubiyyət seriyasını bitirməyə çalışacağıq. Təəssüf ki, milli komandanın düşərgəsində olduğum üçün matçda iştirak edə bilməyəcəm. Amma köməkçim Murat Öney komandanın başında olacaq. Bu oyunda qələbəyə ehtiyacımız var”.

Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" matçı fevralın 6-da, saat 19:00-da start götürəcək.

İdman.biz