NBA-da Kayl Kuzma - Kris Middlton treydi

Xəbərlər
5 Fevral 2025 20:43
27
NBA-da Kayl Kuzma - Kris Middlton treydi

NBA-da daha bir səs-küylü basketbolçu yerdəyişməsi olub.

İdman.biz xəbər verir ki, "Vaşinqton Uizards" və "Miluoki Baks" Kayl Kuzma ilə Kris Middltonun treyd ediblər.

2013-cü ildən "Miluoki"də çıxış edən Middlton 2020/2021 mövsümündə NBA çempionu olub.

Qeyd edək ki, iki gün əvvəl "Dallas Maveriks" və "Los-Anceles Leykers" Luka Donçiçlə Antoni Devisin dəyişdirilməsini həyata keçiriblər.

İdman.biz