Qadın basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində son səfər sınağına çıxıb.
Evren Alkayanın baş məşqçisi olduğu komanda Belçikada meydan sahibləri ilə görüşüb. Bakıda bu rəqibə 28:136 hesabı ilə uduzan millimiz bu dəfə daha kiçik fərqlə məğlub olub. C qrupunun lideri 97:24 hesabına sevinib.
AVRO-2025-in seçmə mərhələsi
C qrupu
6 fevral
23:15. Belçika – Azərbaycan – 97:24 (27:5, 25:7, 29:4, 16:8)
Hakimlər: Emma Perri (İrlandiya), Linn Veyvers (Lüksemburq), Aleksandr Mare (Fransa)
Ostende. KOREtek Doum
1 |
Belçika |
5 |
4 |
1 |
456-266 |
9 |
2 |
Litva |
5 |
4 |
1 |
424-332 |
9 |
3 |
Polşa |
5 |
2 |
3 |
391-340 |
7 |
4 |
Azərbaycan |
5 |
0 |
5 |
212-545 |
5 |
Qeyd edək ki, qrupun digər oyununda Litva Polşanı səfərdə overtaymda 75:73 (28:15, 14:17, 10:20, 14:14, 7:9) hesabı ilə məğlub edib.
İdman.biz