Çempiondan "asan gəzinti"

Xəbərlər
7 Fevral 2025 20:08
132
Çempiondan "asan gəzinti"

Kişilər arasında Azərbaycan Basketbol Liqasında XIV tur davam edir.

İdman.biz xəbər verir ki, dördüncü oyun günündə bir matç baş tutub.

Yeganə qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçirilib. A qrupunun görüşündə son çempion “Sabah” autsayder NTD ilə üz-üzə gələcək. Oyun yaxşı başlayan Rimas Kurtinaytisin komandası 3 dövrənin sonunda böyük üstünlük qazanıb. Bundan sonra bir az arxayınlaşan "Sabah" rəqib komandanı fərqi 11 xaladək azaltmaq imkanı verib. Komanda qələbə sayəsində yenidən 1-ci pilləni ələ keçirib.

Azərbaycan Basketbol Liqası
XIV tur
7 fevral
A qrupu

19:00. “Sabah” - NTD - 96:85 (24:16, 29:20, 25:20, 18:29)
“Sərhədçi” İdman Mərkəzi

1

Sabah

14

11

3

1152-979

25

2

Naxçıvan

14

10

4

1099-1063

24

3

Neftçi

14

6

8

969-1000

20

4

Abşeron

14

6

8

1033-1118

20

5

Sərhədçi

14

5

9

970-920

19

6

NTD

14

4

9

1084-1195

18

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq.

İdman.biz