Rimas Kurtinaytis son 5 dəqiqədən narazı qalıb

Xəbərlər
7 Fevral 2025 21:37
89
Rimas Kurtinaytis son 5 dəqiqədən narazı qalıb

"Qələbəyə görə şadam. Oyunçulara yaxşı mübarizəyə görə təşəkkür edirəm".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının XIV turunda NTD üzərində qazanılan 96:85 hesablı qələbəni şərh edib. "Lakin son 5 dəqiqəni bəyənmədim. 20 xallıq üstünlüyümüz 10-a endi. Bu cür oynamaq olmaz. Məni istəyirəm ki, görüşün əvvəlindən sonuna kimi oyun nizamını pozmayaq. Hesabda öndə olarkən arxayınlaşmaq olmaz. Ümumi götürsək, gözəl, aqressiv, məhsuldar oyun nümayiş etdirdik. Müdafiədə düşündüyümüz kimi çıxış etdik. Bir sözlə ən yaxşı qələbələrimizdən birini qazandıq".

Qeyd edək ki, "Sabah" yenidən lider mövqeyinə yüksəlib.

İdman.biz