Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışının vaxtı bəlli olub.
Bu barədə İdman.biz-ə yığmamızın baş məşqçisi Tahir Baxşıyev deyib.
O bildirib ki, dünya çempionatının seçmə mərhələsinin son oyunlarına hazırlıq məqsədilə komanda fevralın 11-də bir araya gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək məşqlər 1 həftə davam edəcək. Basketbolçularımız fevralın 18-də Kosovoya yollanacaq.
Qeyd edək ki, DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində mübarizə aparan millimiz fevralın 20-də səfərdə Kosovo, üç gün sonra evdə İrlandiya ilə qarşılaşacaq.
Aytac Sahəd
İdman.biz