Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti bəlli olub.
Bu barədə İdman.biz-ə yığmanın baş məşqçi Tahir Baxşıyev məlumat verib.
O bildirib ki, DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsinin son 2 oyunu üçün 16 basketbolçuya dəvət göndərib.
Şirzad Şirzadov, İsmayıl Abdullayev, Hüseyn Qaflanov və Derin Berkoz yenidən komandaya döndükləri halda, Rüstəm Əliyev, Zaur Paşayev, Rəşid Abbasov, Nicat Məmmədli, Murad Babayev, Cordan Devis və İan Hummer bu dəfə yığmaya çağırılmayıblar. Onlardan Zaur Paşayev milli karyerasını bitirib. Orxan Aydın (İlab Basketbol, Türkiyə) isə komandaya Kosovoda qoşulacaq.
Azərbaycan millisinin heyəti
Endər Poladxanlı, Şirzad Şirzadov (hər ikisi “Sabah”), Saaddettin Donat (“Sumqayıt”), Səid İsmayılov, (“Ordu”), Nəzar Quliyev (“Naxçıvan”), Elşad Şirzadov, Cəbrayıl Əkbərov (hər ikisi “Gəncə”), Ercan Donat (“Şəki”), Kamran Məmmədov, Amil Həmzəyev (hər ikisi “Neftçi”), Ulaşcan Turqut (“Sərhədçi”), Məhəmməd Hüseynli, İsmayıl Abdullayev (hər ikisi “Abşeron”) Əkbər Məmmədov (NTD), Hüseyn Qaflanov (DME Academy, ABŞ), Derin Berkoz (“Türk Telekom”, Türkiyə).
Qeyd edək ki, DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində mübarizə aparan millimiz fevralın 20-də səfərdə Kosovo, üç gün sonra evdə İrlandiya ilə qarşılaşacaq.
Aytac Sahəd
İdman.biz