“Ordu”nun amerikalısı: “Pley-offa vəsiqə qazanacağımıza inanıram”

Xəbərlər
13 Fevral 2025 12:48
85
“Ordu”nun amerikalısı: “Pley-offa vəsiqə qazanacağımıza inanıram”

“Fikrimcə, bir komanda kimi geridə qalan bütün oyunlarda xarakter nümayiş etdirdik”.

İdman.biz xəbər verir ki, bunu “Ordu”nun amerikalı basketbolçusu İsiah Pope klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, B qrupunda liderliyə iddialı olduqlarını bildirib: “Bəzi oyunlarda vacib qələbə qazandıq, ancaq qələbə qazanmalı olduğumuz bir sıra qarşılaşmalarda da uduzduq. Hesab edirəm ki, bir komanda kimi artıq formalaşmışıq. Kollektivin bütün üzvləri yaxşı əhval-ruhiyyədədir. Bu atmosfer mövsümün sonuna doğru bizə çox kömək edəcək. Hazırda B qrupundakı mövqeyimiz yaxşıdır və mövsümün sonunda birinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanacağımıza inanıram”.

Qeyd edək ki, “Ordu” Azərbaycan Basketbol Liqasında 14 turdan sonra 24 xalla turnir cədvəlində ikincidir.

İdman.biz