Bu gün Azərbaycan Basketbol Liqasında I tura yekun vurulub.
İdman.biz xəbər verir ki, ilk turun sonuncu matçında "Sabah" "Gəncə"nı sınağa çəkib.
Ötən mövsümün final seriyasında çıxış edən komandaların duelində Bakı təmsilçisi asan qələbə qazanıb. Avropakuboklarında yarışan "Sabah" rəqibini 39 xal fərqi ilə məğlub edib. Komandanın heyətində ən məhsuldar oyunçu Artyoms Butyankovs olub. O, 24 xal, 7 ribaundluq göstəriciyə imza atıb. "Gəncə"ini heyətində isə 21 xal və 1 ribaundla Kenyon Dulinq fərqlənib.
Qeyd edək ki, ikinci turun oyunları noyabr 1-5-də baş tutacaq. "Xəzri" - "Gəncə", "Sumqayıt" - "Xırdalan", "Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi", "Sabah" - "NTD-INDIGO" qarşılaşmaları keçiriləcək
Azərbaycan Basketbol Liqası
29 oktyabr
I tur
18:00. "Sabah" - "Gəncə" - 114:75
"Sərhədçi" İdman Kompleksi.
İdman.biz