Türkiyəli basketbolçu karyerasını Azərbaycan çempionatında davam etdirəcək.
İdman.biz xəbər verir ki, forvard Ömər Yavaş mövsümün sonuna kimi "Abşeron"un uğurları üçün çalışacaq.
24 yaşlı basketbolçu son olaraq Türkiyə 1-ci liqasının "Kapaklıspor" komandasında forma geyinib. O, karyerası ərzində həmçinin Super Liqa klubları "Tofaş" və "Yalovaspor"un da şərəfini qoruyub. Ömər Yavaş "Tofaş"da Avropa kuboku, Çempionlar Liqası kimi turnirlərdə də çıxış edib.
İdman.biz