Millimiz 4 pillə irəliləyib

Xəbərlər
17 Fevral 2025 11:01
104
Millimiz 4 pillə irəliləyib

Qadın basketbolçulardan ibarət milli komandaların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin FİBA-nın cədvəlindəki yeri bəlli olub.

Evren Alkayanın yetirmələri planetin 103-cü komandasıdır. Yığmamızın hesabında 55,4 xal var.

Millimiz ötən cədvəllə müqayisədə 4 pillə irəliləyib. Hesabat dövründə AVRO-2025-in son iki seçmə oyununa çıxan komandamız Belçikaya 24:97, Polşaya 34:88 hesabı ilə uduzub. Məğlubiyyətlərə baxmayaraq irəliləmək digər ölkələrin geriləməsi ilə bağlıdır.

Qeyd edək ki, 118 yığmanın yer aldığı cədvələ 888,2 xala malik ABŞ başçılıq edir.

İdman.biz

Məqalədə: