Dünya və Olimpiya çempionu ABŞ yığmasını Avstraliyaya dəyişir

Xəbərlər
17 Fevral 2025 19:48
86
Dünya və Olimpiya çempionu ABŞ yığmasını Avstraliyaya dəyişir

NBA-da "Dallas Maveriks"in basketbolçusu Kayri İrvinq Avstraliya yığmasında çıxış edə bilər.

İdman.biz xəbər verir ki, bu barədə o özü məlumat verib.

"Biz bu məsələ üzərində fəal işləyirik. İcazə üçün bütün mümkün variantlardan istifadə edirik. Əlbəttə, ABŞ yığmasının qərarı da əhəmiyyətli olacaq. Düzünü desəm, Avstraliya yığmasında çıxışıma imkan yaradılsa əla olardı", deyə 32 yaşlı basketbolçu açıqlamasında bildirib.

Qeyd edək ki, İrvinq ABŞ yığmasının heyətində 2014-cü ildə dünya, 2016-cı ildə isə Olimpiya çempionu titullarını qazanıb.

İdman.biz