Millimizin oyununda türk hakim

Xəbərlər
20 Fevral 2025 09:37
90
Millimizin oyununda türk hakim

Kişi basketbolçular arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsinin Kosovo – Azərbaycan matçının hakimləri bəlli olub.

İdman.biz xəbər verir ki, bu gün Priştinada keçiriləcək oyuna üç ölkədən olan ədalət təmsilçiləri təyinat alıblar.

Görüşü Stilianos Simeonidis (Yunanıstan), Mehmet Şahin (Türkiyə) və Mladen Luçiç (Monteneqro) idarə edəcəklər. Qarşılaşmada komissar funksiyasını Vlado Svetkovski (Şimali Makedoniya) yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

İdman.biz

Məqalədə: