Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son səfər matçına çıxıb.
Tahir Baxşıyevin yetirmələri Bakıda məğlub etdikləri Kosovonun qonağı olublar. Millimiz oyuna yaxşı baslasa da, meydan sahibləri sonradan hesabda önə keçiblər. Komandamız görüşü 79:81 hesabı ilə uduzub. Məğlubiyyət nəticəsində yığmamız sonuncu pilləyə enib.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.
DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, V tur
20 fevral
22:30. Kosovo – Azərbaycan - 81:79 (20:21, 23:20, 17:18, 21:20)
Hakimlər: Stilianos Simeonidis (Yunanıstan), Mehmet Şahin (Türkiyə), Mladen Luçiç (Monteneqro)
Priştina. Gənclər və İdman Sarayı
22:30. İsveçrə – İrlandiya - 85:54 (30:16, 18:15, 19:9, 18:14)
1 |
İsveçrə |
5 |
5 |
0 |
403-268 |
10 |
2 |
Kosovo |
5 |
2 |
3 |
369-408 |
7 |
3 |
İrlandiya |
5 |
2 |
3 |
375-406 |
7 |
4 |
Azərbaycan |
5 |
1 |
4 |
341-406 |
6 |
İdman.biz