“Gəncə” ukraynalı oyunçusu ilə vidalaşıb

Xəbərlər
20 Fevral 2025 13:06
104
“Gəncə” ukraynalı oyunçusu ilə vidalaşıb

“Gəncə” basketbol klubunda ayrılıq yaşanıb.

İdman.biz xəbər verir ki, klub Vladislav Frolovla vidalaşıb.

Basketbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Frolov mövsümün əvvəlində heyətə cəlb olunmuşdu.

İdman.biz