Tahir Baxşıyev: “Məğlubiyyətdə hakim idarəçiliyi rol oynayıb”

Xəbərlər
21 Fevral 2025 10:41
107
Tahir Baxşıyev: “Məğlubiyyətdə hakim idarəçiliyi rol oynayıb”

“Komanda əlindən gələni etdi”.

Bunu İdman.biz-ə kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis yığmamızın DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində Kosovo ilə keçirdiyi matçı dəyərləndirib. O, bildirib ki, məğlubiyyətdə hakim idarəçiliyi rol oynayıb: “Qarşılaşmadan öncə də şansların 50-nin 50-yə olduğunu demişdim. Buna baxmayaraq, uşaqlar sona kimi vuruşdular. Bu matçı qazana bilərdik. İdarəçilik haqqında danışmağı sevməsəm də, deməliyəm ki, bu oyunda hakimlərin qərarları Kosovonın xeyrinə idi. Bu da bizə çətinliklər yaradırdı. Uşaqların yaxşı oynadığını düşünürəm. Bu matçı qazanmağı çox istəyirdik, alınmadı”.

Qeyd edək ki, komandamız görüşü 79:81 hesabı ilə uduzub. Yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

Aytac Sahəd
İdman.biz