Gənc Basketbol Liqasında 19 komanda mübarizə aparacaq - FOTO

Xəbərlər
21 Fevral 2025 13:10
67
Gənc Basketbol Liqasında 19 komanda mübarizə aparacaq - FOTO

Basketbolun 3x3 növü üzrə “ABB Gənc Basketbol Liqası”nın qrup mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, fevralın 24-də keçiriləcək ilk mərhələdə 19 komanda 5 qrupda mübarizə aparacaq.

Bakı İdman Sarayında baş tutacaq yarışın reqlamentinə əsasəs qrupda ilk iki pilləni tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu raundun görüşləri fevralın 25-də keçiriləcək.

A qrupu: AzTU, Bakı ANM, BSU;

B qrupu: AzTU 2, Xəzər 2, ADNSU, BDU;

C qrupu: ADBTİA, ATU-Gəncə, NDU, Torpaq Qolat;

D qrupu: ADBTİA 2, BMU, ADNSU 2, UNEC;

E qrupu: Xəzər, P.H, BDU 2, BMU 2.

Qeyd edək ki, turnirdə 28 yaşa qədər basketbolçuların iştirakı nəzərdə tutulub.

İdman.biz

Məqalədə: