Kevin Allen: “Azərbaycan Basketbol Liqasında dominantlıq etmək istəyirəm”

Xəbərlər
21 Fevral 2025 14:13
43
Kevin Allen: “Azərbaycan Basketbol Liqasında dominantlıq etmək istəyirəm”

“İlk dəfədir Azərbaycandayam”.

İdman.biz xəbər verir ki, bunu NTD basketbol klubunun yeni transferi Kevin Allen klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, keçidindən və gələcək planlarından danışıb: “NTD-yə gəlməmişdən əvvəl mən İordaniya klubunda oynayırdım. Danışıqlar bir neçə həftə davam etdi. Məşqçi və klubun meneceri ilə danışdım. Onlar mənə Azərbaycana gəlmək imkanından bəhs etdilər. Keçiddən əvvəl ölkə və klub haqqında müəyyən məlumatlar öyrəndim. Deyə bilərəm ki, klub haqqında çox müsbət rəylər eşitmişəm. NTD yaxşı komandadır və pley-offa çıxa bilər. Şəxsi məqsədlərimə gəldikdə, Azərbaycan Basketbol Liqasında dominantlıq etmək və çempion olmaq istəyirəm”.

Qeyd edək ki, Kevin Allen mövsümün sonuna kimi NTD-də çıxış edəcək.

İdman.biz