İrlandiya millisi Bakıda Azərbaycan basketbolçularını gözləyir

Xəbərlər
22 Fevral 2025 12:23
57
İrlandiya millisi Bakıda Azərbaycan basketbolçularını gözləyir

“İrlandiya millisi artıq Bakıdadır”.

Bunu İdman.biz-ə Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz deyib.

O, Dünya çempionatı-2027-nin seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirilən görüşdən sonra Bakıya vaxtında qayıda bilməyən komandanın hazırda Türkiyədə olduğunu bildirib: “Bu gün axşamüstü Bakıda olacağıq. İrlandiya ilə matçdan öncə məşq proqramı hələ ki, bəlli deyil. Ancaq digər məsələlərdə bir problem yoxdur. Hər şey qaydasındadır”.

Qeyd edək ki, millimiz fevralın 23-də İrlandiya ilə qarşılaşacaq.

Aytac Sahəd
İdman.biz