Azərbaycan – İrlandiya oyununun hakimləri açıqlanıb

Xəbərlər
22 Fevral 2025 17:34
44
Azərbaycan – İrlandiya oyununun hakimləri açıqlanıb

Kişi basketbolçulardan ibarət Azərbaycan və İrlandiya milli komandalarının oyununun təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsinin son turunun görüşünü üç fərqli ölkədən olan hakimlər idarə edəcək.

Oyuna Zdravko Rutesiç (Monteneqro), Duhan Köyiçi (Türkiyə) və Nemanya Vlahoviç (Serbiya) təyinat alıb. Matçın texniki nümayəndəsi Mehmet Keseratar (Türkiyə) olacaq.

Qeyd edək ki, sabah Bakı İdman Sarayında keçiriləcək görüş saat 17:00-da başlayacaq.

İdman.biz