Klublar basketbol üzrə Azərbaycan yığmasının DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsinin oyunu ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edirlər.
İdman.biz xəbər verir ki, bu gün "Sabah" və "Ordu" yoxlama matçında qüvvəsini sınayıb.
Qarşılaşma çempionun üstünlüyü ilə keçib. "Sabah" "Ordu"ya 94:77 hesabı ilə qalib gəlib.
İdman.biz