Millimizin iki basketbolçusu “Top-10”da

Xəbərlər
24 Fevral 2025 11:15
103
Millimizin iki basketbolçusu “Top-10”da

Kişi basketbolçular arasında DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, A qrupunda sonuncu – 4-cü yeri tutan Azərbaycan yığmasının iki basketbolçusu mərhələnin bombardirləri siyahısında yer alıb.

Millimizin oyunçuları toplanan orta xal sayında “Top-10”a düşüblər. Donta Hall 17,3 xallıq göstərici ilə 5-ci yeri tutub. Orxan Hacıyeva isə 14,0 xalla mərhələnin 10-cusu olub.

Qeyd edək ki, 1-ci seçmə mərhələsindən sonra İsveçrə, Rumıniya, Norveç və Avstriya növbəti raunda yüksəlib.

İdman.biz

Məqalədə: