"Qolden Steyt"dən çempiona verilən dəyər

Xəbərlər
24 Fevral 2025 18:46
107
"Qolden Steyt"dən çempiona verilən dəyər

"Qolden Steyt Uorriorz" Andre İquodalanın komandadakı çıxışını dəyərləndirib.

İdman.biz xəbər verir ki, klub ulduz hücumçunun şərəfinə 9 nömrəli formanı tarixə qovuşdurub.

2013-cü ildə San-Fransisko təmsilçisinin heyətində çıxış edən Andre 4 dəfə NBA çempionu olub. İquodala 2015-ci ildə finalların ən dəyərli oyunçusu seçilib. O, 2023-cü ildə "Qolden Steyt"də karyerasını bitirib.

Qeyd edək ki, İquodala karyerası ərzində "Filadelfiya" (2004-2012), "Denver" (2012-2013) və "Mayami" (2020-2021) klublarının formasını geyinib.

İdman.biz