3x3 basketbol üzrə Gənc Basketbol Liqasının ilk mərhələsinin qalibi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Liqanın ilk mərhələsinə Bakı İdman Sarayında yekun vurulub. Yarımfinal oyunlarında “İdman Akademiyası”nın əsas komandası BSU üzərində 18:15, ikinci komandası isə AzTU üzərində 22:20 hesablı qələbə qazanıb.
Final görüşündə “İdman Akademiyası”nın əsas və ikinci komandaları üz-üzə gəliblər. Oyun əsas komandası 21:18 hesablı qələbəsi ilə başa çatıb.
Yarışın qalibi adını “İdman Akademiyası”nın əsas komandası qazanıb. Çempion komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
Qeyd edək ki, Gənc Basketbol Liqasının növbəti mərhələsi martda baş tutacaq.
İdman.biz