Fərqli qələbə “Ordu”nu lider edib

Xəbərlər
27 Fevral 2025 20:58
106
Fərqli qələbə “Ordu”nu lider edib

Azərbaycan Basketbol Liqasında XV tur davam edir.

İdman.biz xəbər verir ki, ikinci oyun günündə B qrupunun matçları baş tutub.

Günün hər iki qarşılaşması eyni vaxtda başlıb. “Ordu” Bakıda “Quba”nı sınağa çəkib. Hərbçilər bu görüşdə çətinlik çəkməyiblər. Meydan sahibləri 35 xal fərqi ilə qalib gəliblər.

“Gəncə” isə Sumqayıtda eyniadlı komandanın qonağı olub. Oyun qonaq komandanın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XV tur, 27 fevral

B qrupu
19:00. “Ordu”– “Quba” - 103:68 (24:16, 19:15, 34:17, 26:20)

Sərhədçi İM

19:00. “Sumqayıt” – “Gəncə” - 81:90 (23:19, 16:25, 25:24, 17:24)
Sumqayıt OİK

1

Ordu

15

11

4

1340-1153

26

2

Gəncə

15

11

4

1197-1051

26

3

Şəki

14

10

4

1311-1144

24

4

Sumqayıt

15

5

10

1274-1407

20

5

Quba

15

4

11

1209-1321

19

6

Lənkəran

14

3

11

1071-1278

17

İdman.biz