Şəhriyar Əsgərov: “İstədiyimiz nəticəni əldə edəcəyik”

Xəbərlər
27 Fevral 2025 11:51
86
Şəhriyar Əsgərov: “İstədiyimiz nəticəni əldə edəcəyik”

“Fikrimiz qalib gəlməkdir”.

İdman.biz xəbər verir ki, bunu “Quba”nın basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

O, bu gün Azərbaycan çempionatının XV turu çərçivəsində “Ordu”ya qarşı keçiriləcək görüşü dəyərləndirib. Mütəxəssis bildirib ki, komandası matça tam hazırdır: “Məşqlərimiz qaydasında gedir. Komandamızın vəziyyəti pis deyil. Basketbolçularımızın hamısı sağlamdır. Devonte Kravenin yüngül zədəsi var. Onun oyun vaxtına qədər tam hazır olacağını düşünürəm. “Ordu” ilə görüşdə qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirik. Ümidvaram ki, istədiyimiz nəticəni əldə edəcəyik”.

Qeyd edək ki, “Ordu” – “Quba” qarşılaşmasının start fiti bu gün saat 19:00-da start götürəcək.

İdman.biz