“Naxçıvan”a ağır zərbə, “Sabah” yenidən vahid lider olub

Xəbərlər
3 Mart 2025 20:51
126
“Naxçıvan”a ağır zərbə, “Sabah” yenidən vahid lider olub

Bu gün Azərbaycan Basketbol Liqasında IV dövrəyə start verilib.

İdman.biz xəbər verir ki, XVI turun ilk günündə iki matç keçirilib.

Hər iki görüş A qrupunda baş tutub. Çempionatın liderləri səfər görüşlərinə çıxıblar. “Naxçıvan” “Neftçi” ilə görüşüb. Ötən turda çempionu məğlub edən Naxçıvan təmsilçisi ağır məğlubiyyətə uğrayıb. Murat Dikmenin komandası 44 xal fərqi ilə uduzub.

“Sabah” isə “Sərhədçi” ilə qarşılıb. "Bayquşlar" bu görüşdə çətinliklə üzləşməyiblər. Bütün dövrələri qalib bitirən çempionu yenidən vahid lider olub.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XVI tur, 3 mart
A qrupu

19:00. “Neftçi” – “Naxçıvan” - 114:70 (26:15, 29:16, 35:20, 24:19)
Bakı İS

19:00. "Sərhədçi" – "Sabah" - 73:89 (16:19, 21:22, 20:22, 16:26)
Sərhədçi İM

1

Sabah

16

12

4

1323-1137

28

2

Naxçıvan

16

11

5

1254-1259

27

3

Neftçi

16

8

8

1163-1128

24

4

Sərhədçi

16

6

10

1210-1176

22

5

Abşeron

15

6

9

1091-1198

21

6

NTD

15

4

10

1084-1195

19

İdman.biz