"Şəki" Aleks Koldvellin əvəzedicisini tapıb

Xəbərlər
4 Mart 2025 23:09
92
"Şəki" Aleks Koldvellin əvəzedicisini tapıb

"Şəki" basketbol klubu komandadan ayrılan Aleks Koldvellin əvəzedicisini tapıb.

İdman.biz xəbər verir ki, Tomi Lyukla mövsümün sonunadək müqavilə imzalanıb.

26 yaşlı basketbolçu "Şəki"yə Tailandın "Bey Yi Cinqinq" klubundan gəlib. 1,98 metr boya malik basketbolçu sabah "Ordu" ilə matçda debüt edəcək.

İdman.biz