Georgi Kondruseviç: “Bu, məğlubiyyətimizin əsas səbəbi oldu”

Xəbərlər
9 Mart 2025 18:55
81
Georgi Kondruseviç: “Bu, məğlubiyyətimizin əsas səbəbi oldu”

"Oyunun əvvəlini uğursuz keçirdik, çox top itkiləri etdik. Sonradan bir qədər toparlanmağı bacardıq”.

İdman.biz xəbər verir ki, bunu "Lənkəran" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının XVII turunda "Gəncə" ilə oyundan (90:76) sonra deyib.

Mütəxəssis bildirib ki, daha sonra da top itkiləri onları geri salıb: “Bu, məğlubiyyətimizin əsas səbəbi oldu. Yeni oyunçumuz Terri Kollins bizimlə cəmi bir məşq keçdi. Dərhal oyuna qoşulmaq çox çətindir. Ümid edirəm ki, o, növbəti oyunlarda bizə daha çox kömək edəcək".

Qeyd edək ki, "Lənkəran" turnir cədvəlində B qrupunun sonuncu - 6-cı yerində qərarlaşıb.

İdman.biz