“Bu bizim mövsümdə ən zəif oyunumuz oldu”.
İdman.biz xəbər verir ki, bunu " Ordu" basketbol klubunun baş məşqçisi Azərbaycan Basketbol Liqasının XVII turunda "Sumqayıt "la oyundan (122:116) sonra deyib.
Mütəxəssis bildirib ki, matça çox arxayın çıxmaları məğlubiyyətə səbəb olub: “Bunun nəticəsində "Sumqayıt" qalib gəldi. Biz yalnız 3-cü periodda oyuna qayıtdıq. Amma artıq gec idi”.
Baş məşqçi əlavə edib ki, bu gün "Sumqayıt"ın istədiyi kimi oynayıblar: “Arxayınlıq məğlubiyyətlə nəticələndi”.
Qeyd edək ki, "Ordu" turnir cədvəlinin B qrupunda 3-cü yerdə qərarlaşıb.
İdman.biz