“Gəncə” yarımfinalda, çempion “Neftçi”yə uduzub

Xəbərlər
12 Mart 2025 21:05
149
“Gəncə” yarımfinalda, çempion “Neftçi”yə uduzub

Kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, mərhələnin son günündə iki matç baş tutub.

Hər iki görüş Bakı İdman Sarayında keçirilib.

“Sərhədçi” “Gəncə” ilə üz-üzə gəlib. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. “Gəncə” mübarizəni yarımfinalda davam etdirəcək.

“Sabah" isə “Neftçi”ni sınağa çəkib. Son iki mövsümün çempionu gözlənilmədən uduzub.

Qeyd edək ki, 1/4 finalın dünən keçirilən oyunlarında NTD və “Naxçıvan” yarımfinala yüksəlib.

Azərbaycan kuboku
1/4 final
12 mart
16:00. “Sərhədçi” – “Gəncə” - 89:94 (22:25, 21:29, 16:20, 30:20)

Bakı İdman Sarayı

19:00. “Sabah – “Neftçi” - 81:85 (21:17, 21:32, 16:21, 23:15)
Bakı İdman Sarayı

İdman.biz