Azərbaycan kuboku: Yarımfinal mərhələsinin yeri və tarixi açıqlanıb

Xəbərlər
13 Mart 2025 10:43
36
Azərbaycan kuboku: Yarımfinal mərhələsinin yeri və tarixi açıqlanıb

Azərbaycan Kubokunda yarımfinal oyunlarının yeri və tarixi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Qarşılaşmalar martın 28-də Bakı İdman Sarayında baş tutacaq. “Naxçıvan” “Gəncə”, NTD “Neftçi” ilə üz-üzə gələcək.

Qeyd edək ki, kubokun final görüşü isə martın 30-da keçiriləcək.

İdman.biz