Erhan Toker: "Rəqibə qarşılıq verə bilmədik"

Xəbərlər
15 Mart 2025 18:38
77
Erhan Toker: "Rəqibə qarşılıq verə bilmədik"

"Abşeron" Azərbaycan Basketbol Liqasının XVIII turunu məğlubiyyətlə başa vurub.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Erhan Toker "Sabah"a məğlubiyyətə münasibət bildirib.

Türkiyəli mütəxəssis son çempionun sərt oyununa cavab verə bilmədiklərini etiraf edib: "Sabah" klubunu təbrik edirəm. Ötən tur biz onları məğlub etmişdik. Buna görə bu dəfə bizə qarşı çox sərt və aqressiv oynadılar. Qarşılıq verə bilmədik. Ona görə də məğlub olduq".

Qeyd edək ki, “Abşeron” “Sabah”a 64:99 hesabı ilə uduzub.

İdman.biz