“Ordu” “Sərhədçi”yə uduzub

Xəbərlər
24 Mart 2025 12:57
37
“Ordu” “Sərhədçi”yə uduzub

Azərbaycan Basketbol Liqasının növbəti turuna hazırlaşan “Ordu” yoxlama oyunu keçirib.

İdman.biz xəbər verir ki, fasilədən yararlanan komanda “Sərhədçi” ilə qüvvəsini sınayıb.

Oyun 110:108 hesabı ilə “Sərhədçi”nin xeyrinə başa çatıb.

Qeyd edək ki, “Ordu” 31 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

İdman.biz