"Hyuston Rokets"in türkiyəli basketbolçusu Alperen Şengün NBA-da Nikola Yokiçin uğurunu təkrarlayıb.
İdman.biz xəbər verir ki, o, serbiyalı idmançıdan sonra bir mövsümdə top itkisi etmədən iki dəfə tripl-dabl edən basketbolçu olub.
Alperen "Mayami Hit"lə 111:104 hesabı ilə başa çatan qarşılaşmada 17 xal, 14 ribaund və 10 ötürmə ilə yadda qalıb. Şengün ilk belə oyunu noyabrda "Çikaqo Bullz"a (143:107) qarşı keçirib - 20 xal, 11 ribaund və 11 ötürmə.
Qeyd edək ki, "Hyuston Rokets" müntəzəm çempionatda 72 oyundan sonra 46 qələbə ilə Qərb konfransında 2-ci pillədə qərarlaşıb.
İdman.biz