“Sumqayıt”ın oyunun vaxtı dəyişdirilib

Xəbərlər
26 Mart 2025 16:14
64
“Sumqayıt”ın oyunun vaxtı dəyişdirilib

Azərbaycan Basketbol Liqasında XX turunun təqvimində dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, aprelin 5-də nəzərdə tutulan “Gəncə” - “Sumqayıt” matçının keçirilmə tarixi bir gün sonraya keçirilib.

Qarşılaşma aprelin 6-da, saat 14:00-da Gəncə İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında XX tur aprelin 1-də start götürəcək.

İdman.biz