Bu gün kişi basketbolçular arasında Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
İdman.biz xəbər verir ki, finalçılar Bakı İdman Sarayında müəyyənləşib.
Günün ilk matçında "Neftçi" NTD ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün taleyi sonuncu dövrədə həll olunub. Daha dəqiq oynayan Tahir Baxşıyevin komandası ilk finalçı olub.
Digər görüşdə "Naxçıvan" və "Gəncə" üz-üzə gəlib. Bu görüşdə "Naxçıvan" favorit hesab olunsa da, rəqib komanda daha yaxşı təsir bağışlayıb. Gəncəlilər 86:80 hesabı ilə qələbə qazanıblar.
Azərbaycan kuboku
Yarımfinal
28 mart
16:00. "Neftçi" – NTD - 83:86 (21:20, 21:27, 27:18, 14:21)
Bakı İdman Sarayı
19:00. "Naxçıvan" - "Gəncə" - 80:86 (14:20, 19:22, 24:19, 23:25)
Bakı İdman Sarayı
Qeyd edək ki, final martın 30-da keçiriləcək.
İdman.biz