NBA-da gözlənilməz istefa

Xəbərlər
28 Mart 2025 21:59
48
NBA-da gözlənilməz istefa

NBA-da "Memfis Qrizzils" baş məşqçi Teylor Cenkinslə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, barədə komandanın baş meneceri Zak Kleyman deyib.

O, qərarın səbəblərini açıqlamasa da, bu addımı atmağın çətin olduğunu bildirib. Cenkins 2019/2020-ci illər mövsümündən komandaya başçılıq edib. "Memfis" onun rəhbərliyi ilə 3 dəfə pley-offa yüksəlib.

Qeyd edək ki, "Qrizzils" cari mövsümdə müntəzəm çempionatın 73 oyununda 44 qələbə qazanıb. Komanda Qərb Konfransında 4-cü pillədə qərarlaşıb.

İdman.biz