Dörd saniyə qalmış uzaq məsafədən dəqiq atış - VİDEO

Xəbərlər
29 Mart 2025 12:12
75
Dörd saniyə qalmış uzaq məsafədən dəqiq atış - VİDEO

NBA-da "Denver"in mərkəz oyunçusu Nikola Yokiç "Yuta" ilə matçda uzaq məsafədən dəqiq atışla yadda qalıb.

İdman.biz xəbər verir ki, serbiyalı basketbolçu oyunun ikinci periodunun başa çatmasına dörd saniyə qalmış meydanın öz komandasına aid üç xallıq qövsün yaxınlığından topu səbətdən keçirə bilib.

Yokiçin matçda topladığı 27 xal "Denver"in qələbəsini təmin edib – 129:93.

İdman.biz

Məqalədə: