“Ordu”nun kapitanı: “Hələ heç nə bitməyib”

Xəbərlər
29 Mart 2025 17:46
62
“Ordu”nun kapitanı: “Hələ heç nə bitməyib”

“Komandanın çıxışı istədiyimiz kimi alınmadı”.

İdman.biz xəbər verir ki, bunu “Ordu” klubunun basketbolçusu Rüstəm Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Komandasının kapitanı mövsümün son matçları və ümumi çıxışları haqqında fikirlərini bildirib: “Hələ heç nə bitməyib və mövsüm başa çatmayıb. Sözün düzü, mən B qrupunda 1-ci yeri tutacağımıza inanırdım. Ancaq bəzi problemlər buna imkan vermədi”.

Əliyev zədə faktorunun komandasına ciddi problemlər yaratdığını vurğulayıb: “Xüsusilə, Ramme Grifinin zədəli olması, bəzi legionerlərin səhhətində problemlərin olması, rotasiyanın olmaması istər-istəməz oyunumuza təsir etdi və bizi geri saldı. Özüm də hələ zədəmi tam sağaltmamışam. Qarşıda əsas mərhələnin son oyunları, eyni zamanda play-in matçları var. Bu matçları yaxşı keçirib, mövsümü major notlarla başa vurmaq istəyirik”.

Qeyd edək ki, “Ordu” 19 turdan sonra turnir cədvəlində 31 xalla üçüncü pillədə qərarlaşıb.

İdman.biz