“ABB Gənc Basketbol Liqası”nın ikinci mərhələsi bu tarixdə start götürəcək

Xəbərlər
30 Mart 2025 13:29
54
“ABB Gənc Basketbol Liqası”nın ikinci mərhələsi bu tarixdə start götürəcək

Apelin 7-8-də Bakı İdman Sarayında 3x3 basketbol üzrə “ABB Gənc Basketbol Liqası”nın ikinci mərhələsi keçiriləcək.

İdman.biz xəbər verir ki, ümumilikdə dörd mərhələdən ibarət olacaq liqanın ikinci mərhələsində 20 komanda iştirak edəcək.

Turnir cədvəlinə əsasən, yekunda ilk 8 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar. İştirakçı komandaların əksəriyyəti universitet komandaları olacaq.

Bundan əlavə bir neçə klub komandası da turnirdə mübarizə aparacaq.

Qeyd edək ki, reqlamentə əsasən oyunlarda yalnız 28 yaşa qədər basketbolçuların iştirakı nəzərdə tutulub.

İdman.biz