Bu gün basketbol üzrə ölkə kubokunda final matçı keçirilib.
İdman.biz xəbər verir ki, həlledici oyunda "Gəncə" ilə qarşılaşan NTD 81:72 xal hesabı ilə qalib gələrək Azərbaycan kubokunun qalibi olub.
Ölkə çempionatında 19 turdan sonra NTD A qrupunda 25 xalla sonuncu - 6-cı, "Gəncə" isə B qrupunda 33 xalla 2-ci yerdədir.
Qeyd edək ki, ötən mövsüm "Xəzri"yə qalib gələn "Neftçi" (65:61) Azərbaycan kubokunu qazanmışdı.
Azərbaycan kuboku
Final
30 mart
19:00. NTD - Gəncə 81:72
Bakı İdman Sarayı
İdman.biz