“Biz qələbəyə inandıq, hətta vəziyyət ümidsiz görünəndə belə”.
İdman.biz xəbər verir ki, bunu NTD-in basketbolçusu Detrek Brauninq Azərbaycan kubokunun final matçından sonra Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
29 yaşlı amerikalı legioner bu qələbənin onun üçün vacib olduğunu vurğulayıb: “Çox sevincliyəm. Həyat yoldaşımdan soruşa bilərsiniz. Tez-tez deyirdim ki, o kuboku istəyirəm. Bu gün soyunma otağına girəndə yenə təkrarlayırdım: “O kuboku istəyirəm”. Çalışanda, allaha inananda və inam o uğuru gətirəndə bəhrəsini görmək çox gözəldir”.
Qeyd edək ki, NTD Azərbaycan kubokunun finalında "Gəncə"yə 81:72 hesabı ilə qalib gəlib.
İdman.biz