NTD-nin prezidenti: “Mövsümdə heç kim bizi ciddi qəbul etmirdi”

Xəbərlər
1 Aprel 2025 10:32
72
NTD-nin prezidenti: “Mövsümdə heç kim bizi ciddi qəbul etmirdi”

“Azərbaycan kuboku bizim üçün çox böyük əhəmiyyətə malikdir”.

İdman.biz xəbər verir ki, bunu NTD basketbol klubun prezidenti Bəhram Abdinov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandasının Azərbaycan kubokunda qələbəsini şərh edib: “Tamamilə fərqli emosiyalar yaşayırıq. Son üç ildə Azərbaycanda basketbol fərqli səviyyəyə çatıb. Əvvəlki iki mövsümdə həm çempionatda, həm də kubokda son anda dayanırdıq. Buna görə də bu qələbə bizim üçün çox vacibdir. Maraqlı olan budur ki, bu mövsümdə heç kim bizi ciddi qəbul etmirdi. NTD liqada A qrupunda sonuncu yerdədir. Bəzən belə olur. Biz komandamızı yenidən qurduq, oyunlara yaxşı hazırlaşdıq və layiqli titulu qazandıq. Ən sevindirici isə odur ki, heyətimizdə yerli 16 yaşlı uşaqlar da oynadı. Murad Babayev nə yarımfinalda, nə də finalda çıxış etmədi. Onun yerinə meydanda olan gənc oyunçular isə qələbəmizə böyük töhfə verdilər. Bu məni çox sevindirir”.

Qeyd edək ki, NTD Azərbaycan kubokunun finalında "Gəncə"yə 81:72 hesabı ilə qalib gəlib.

İdman.biz