"Oyunun əvvəlindən səbətə dəqiq atışlar edə bilmədik”.
İdman.biz xəbər verir ki, bunu “Şəki”nin baş məşqçisi Aleksander Uco deyib.
Azərbaycan Basketbol Liqasının 2-ci turunda “Şəki” doğma meydanda “Sərhədçi”yə 74:81 hesabı ilə məğlub olub. Nigeriyalı mütəxəssis məğlubiyyətin səbəbini topla az oynamaqda və hücum zamanı tələskənlikdə görür: “Müdafiədə yaxşı çıxış etmədik və ribaundları ala bilmədik. Üstəlik, oyunun əvvəllərindən erkən faullar almağa başladıq. Rəqib hücumda ribaundları qazanmaqla 2-ci atış həyata keçirə bilirdi. Müdafiəyə mümkün qədər tez qayıda bilmirdik. Bu isə bu mövqeydə ünsiyyətin çox zəif olduğundan xəbər verir. Bir-birimizə müdafiədə danışıb kömək etməliydik”.
Qeyd edək ki, “Şəki” ilk oyunda “Xırdalan”a 78:102 hesabı ilə məğlub olub. Hazırda 2 xalı olan bölgə təmsilçisi sonuncu (10-cu) sıradadır.
İdman.biz