"Matça pis başladıq. Baş məşqçimiz Murat Dikmenin yoxluğunu çox hiss etdik".
İdman.biz xəbər verir ki, bunu “Naxçıvan” BK-nın köməkçi məşqçisi Güray Yıldız “Sabah” BK ilə oyundan (89:111) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Onun sözlərinə görə, müdafiədə geri dönüşlərdə problem yaşadıqlarından rəqib çox rahat xallar qazanıb: "Pley-offlar öncəsi qələbə qazanmaq istəyirdik, amma alınmadı. Növbəti mərhələdə bu cür səhvlərə yol verməyəcəyik. Komandamıza və baş məşqçimizə güvənirik".
İdman.biz